“Erməni xalqı özünə layiq olan baş nazir seçib" ÖZƏL-MÜNASİBƏT

18 Sentyabr 2018 14:36 (UTC+04:00)

“Ümumiyyətlə, hər hansı bir dövlət başçısının sərsəm açıqlaması onun zəifliyini göstərir. Yəni problemləri həll edə bilməyən adam başqa ölkələrin daxili işlərinə qarışmağa başlayır. Bu, Paşinyanın səviyyəsizliyinə bir nümunədir. Biz bunu pisləyirik”. Bunu SİA-ya açıqlamasında politoloq Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, heç kimə o səlahiyyət verilməyib ki, Azərbaycanın daxili işlərinə qarışsın: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi nümunəvi bir işdir. Məsələ ondadır ki, Azərbaycan Prezidentinin oğlu Heydər Əliyev ali təhsilini başa vurduqdan sonra qanunvericiliyə uyğun olaraq hərbi xidmətə çağrılıb, andiçmə mərasimi də keçirilib. Ümumiyyətlə, erməni xalqı özünə layiq olan bir baş nazir seçib. Hesab edirəm ki, Paşinyanın səviyyəsiz bəyanatlarına reaksiya verməyə dəyməz. Beləcə, o istədiyinə nail olmuş kimi olur, yəni bizi qıcıqlandırmaq istəyir. Hətta belə bir misal da var ki, “it hürər, karvan keçər". Əgər Nikol Paşinyan bundan sonra da təxribatçı əməllərindən, Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməsə, onun hakimiyyətdə qalması yəqin ki, uzun çəkməyəcək”.