Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub

18 Sentyabr 2018 13:47 (UTC+04:00)

18 sentyabr - Milli Musiqi Günü münasibətlə Bakı Metropolitenin “İçərişəhər” stansiyasında artıq ənənə halını alan musiqili proqramı təşkil olunub. SİA-nın məlumatına görə, musiqi proqramı tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bu əlamətdar günlə əlaqədar metronun digər stansiyalarında da Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.