Milli Musiqi Gününə həsr olunmuş kitab sərgisi açılıb

18 Sentyabr 2018 13:35 (UTC+04:00)

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Milli musiqimiz” adlı kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, 18 sentyabr - Milli Musiqi Günü münasibətilə təşkil edilən sərgidə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlarımızın əsərlərindən ibarət kitablar və not yazıları nümayiş olunub.

Sərgi ziyarətçilərdə böyük maraq doğurub.