Karyera qurmaq istəyənlərin DİQQƏTİNƏ

18 Sentyabr 2018 13:11 (UTC+04:00)

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiya Mərkəzi və itcity.academy proqramlaşdırma sahəsində karyera qurmaq istəyən hər kəsi təlimlərimizə dəvət edir. SİA-nın xəbərinə görə, texnologiya sahəsindəki inkişaf şirkətlərin proqramlaşdırma bacarıqları olan işçilərə tələbatını artırır. Mövcud kadr qıtlığı, İKT bazarındakı tələbin qarşılanmaması gənclər üçün fürsətlər açır. Bu məqsədlə də itcity.academy təsis edilib. Akademiyamız proqramlaşdırma sahəsində karyera qurmaq istəyən yeni başlayan şəxslərə və bu sahədə imkanlarını genişləndirmək isətəyən təcrübəli kadrlara və korporativ müştərilərə əhatəli təlim paketləri təqdim edir.

Tələbələrimiz üçün itcity.academy-də Veb proqramlaşdırma, Big Data, Database proqramlaşdırma, AWS Cloud texnologiyaları, Mobil proqramlaşdırma (Android/iOS), Veb və qrafik dizayn istiqamətlərində intensiv nəzəri və praktiki təlimlər keçirilir. Akademiyanın rəhbər heyəti və təlimçiləri xaricdə təhsil almış və bu sahədə beynəlxalq təcrübəsi olan mütəxəssislərdən ibarətdir. itcity.academy təlimçilərinin ölkəmizdə fəaliyyət göstərməyə qərar verməkdə əsas məqsədi xaricdə öyrəndiklərinin azərbaycanlı gənclərə çatdırılmasıdır.

Proqramlaşdırma bacarıqlarının əldə edilməsi və peşəkar portfelin yaradılması ilə yanaşı itcity.academy kursu uğurla tamamlamış məzunlarını müvafiq sertifikatlarla mükafatlandırır.

Əlavə olaraq itcity.academy tələbələrə geniş partnyor şəbəkəsinə çıxış imkanı təqdim edir. Tələbələr bununla da aparıcı yerli şirkətlərdə təcrübə keçmək, işlə təmin olunmaq və təqaüd proqramlarından istifadə etmək şansı əldə edirlər.

itcity.academy bütün tələbələrinə CV hazırlama və iş müsahibələrinə hazırlıq xidməti təklif edir. Bu xidmət üçün məzunlarımızdan heç bir əlavə ödəniş tələb olunmur. Karyera xidmətlərinə: iş axtarma üsulları, işə hazırlıq, CV yazma, müsahibə hazırlığı və portfelin yaradılması daxildir.

#ünvan

89 Atatürk prospekti, Nərimanov ray., AZ1069

#işsaatı

həftəiçi 6 gün, saat 9:00-dan 21:00-dək.

#bizimlə əlaqə

(012) 409 9877

hello@itcity.academy https://itcity.academy satış koordinatorları:

(070) 709 98 77

(055) 709 98 77