Bu gün Dünya Su Monitorinqi günüdür

18 Sentyabr 2018 09:23 (UTC+04:00)

2003-cü ildən etibartən hər il Dünya Su günü və ya Dünya Su Monitorinqi günü kimi qeyd olunur. SİA-nın xəbərinə görə, Amerika Təmiz Su Fondunun təşəbbüsü ilə yaradılan bu ekoloji bayram artıq planetin su ehtiyatları problemləri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasına və çirklənmədən qorunmaqda iştirak edən məlumat və təhsil proqramına çevrilib.

Proqram insanlara yerli su obyektlərinin vəziyyətinin əsas monitorinqini həyata keçirmək imkanı verir və Su Mühafizəsi Federasiyası və Beynəlxalq Su Birliyi tərəfindən dəstəklənir.