Nyu-Yorkda yanğın olub, 17 nəfər xəsarət alıb

17 Sentyabr 2018 22:04 (UTC+04:00)

ABŞ-ın Nyu-York şəhərində yerləşən “Kings Plaza” ticarət mərkəzinin avtomobil dayanacağında baş verən yanğın nəticəsində azı 17 nəfər xəsarət alıb. “Report” TASS-a istinadən xəbər verir ki, Nyu-York Şəhər Yanğınsöndürmə Departamentinin “Twitter" səhifəsində xəsarət alanlardan 15 nəfərinin yanğınsöndürənlər olduğu bildirilir. Onların vəziyyətinin normal olduğu qeyd edilir.

Hazırda yanğının söndürülməsi davam edir. Hadisənin səbəbləri hələlik məlum deyil.