Türkiyənin Siirt bölgəsində fövqəladə vəziyyət elan edilib

17 Sentyabr 2018 20:11 (UTC+04:00)

Bu gündən Türkiyənin Siirt bölgəsində fövqəladə vəziyyət elan edilib. Axar.az xəbər verir ki, Siirtin Əruh mahalının 2 kənd və 3 məhəlləsində vətəndaşların küçəyə çıxmasına qadağa qoyulub.

Məsələ ilə bağlı Siirt Valiliyindən verilən məlumatda sözügedən bölgələrdə separatçı terror təşkilatı mənsublarının zərərsizləşdirilməsi, tərəfdaşlarının tutulması, regionda istifadə edilən sığınacaq və anbar sahələrinin məhv edilməsi məqsədilə əməliyyat keçiriləcəyi bildirilib.