Tovuzda 49 yaşlı kişi göldə batıb

17 Sentyabr 2018 15:53 (UTC+04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun Tovuz rayonunun Əyyublu kəndindəki göldə batması barədə məlumat daxil olub.

SİA FHN-nə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarış tədbirləri barədə əlavə məlumat veriləcək.