Sabirabadda yol qəzası ölən var

17 Sentyabr 2018 15:41 (UTC+04:00)

Sentyabrın 16-da saat 17 radələrində Sabirabad rayonunun Zəngənə kəndi ərazisində Yolçubəyli kənd sakini Sadəli Şahlarov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Hakim Məhərrəmovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

DİN-dən SİA-ya verilən xəbərə görə, Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.