Evinə gələn qonağı öldürdü

17 Sentyabr 2018 15:33 (UTC+04:00)

Sentyabrın 15-də Şəmkir rayon sakini Bahadur Qasımov Rayon Polis Şöbəsinə gələrək Gəncə şəhərindəki evində Daşkəsən rayon sakini Asif İsayevi bıçaqla qətlə yetirdiyini bildirib.

Daxili İşlər Nazirliyindən SIA-ya verilən xəbərə görə, B.Qasımov aidiyyəti üzrə Kəpəz RPİ-nin əməkdaşlarına təhvil verilib. Araşdırmalarla onun həmin gün münaqişə zəminində A.İsayevə bıçaqla xəsarət yetirib qətlə yetirməsi müəyyən edilib.