İbrahimoviç 500-cü qolunu vurdu

16 Sentyabr 2018 15:38 (UTC+04:00)

"Los-Anceles Qalaksi" klubunda forma geyinən isveçli hücumçu Zlatan İbrahimoviç karyerasında 500-cü qolunu vurub. SİA-nın verdiyi məlumata görə, 36 yaşlı ulduz komandasının səfərdə "Toronto"ya 3:5 hesabı ilə məğlub olduğu matçda fərqlənib.

O, fantastik zərbə ilə baxımlı qola imza atıb.