Pakistanda qatar relsdən çıxıb xəsarət alanlar var

16 Sentyabr 2018 12:50 (UTC+04:00)

Pakistanda qatar relsdən çıxıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə "Geo News" "Pakistan Railways"in təmsilçisinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kəraçidən Peşavar istiqamətində hərəkət edən sərnişin qatarında baş verib. Qatarın səkkiz vaqonu relsdən çıxıb. Qəza nəticəsində 20 nəfər xəsarət alıb.

Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə bağlı ərazidə qatarların hərəkəti dayandırılıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.