Göygöldə qətl hadisəsi törədilib

16 Sentyabr 2018 11:15 (UTC+04:00)

Göygöl rayonunda qətl hadisəsi törədilib. SİA-nın verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Həmin kəndə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.