ABŞ-da 11 nəfər qasırğanın qurbanı olub

16 Sentyabr 2018 09:14 (UTC+04:00)

ABŞ-ın Şimali Karolina ştatının Kamberlend dairəsində "Florens" qasırğası qurbanlarının sayı daha üç nəfərin ölümündən sonra 11-ə çatıb. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fox" teleşirkətinin yerli şöbəsi məlumat yayıb.

Hazırda üç nəfərin nədən öldüyü məlum deyil. "Florens" qasırğası cümə günü ABŞ-ın Atlantik okeanı sahillərinə çatıb və artıq zəifləməyə başlayıb. Hazırda onun səviyyəsi qasırğadan aşağıdır.

Şimali və Cənubi Karolina ştatlarında 27 min sakin təbii fəlakət səbəbindən müvəqqəti sığınacaqlardadır. Yüzminlərlə istehlakçı işıqsız qalıb.