Banan zəif işlədici, antibakterial, spazma götürən, ödqovucu, sidikqovucu, yara və xora sağaldıcı, sakitləşdirici təsirə malik olmaqla soyuqdəyməni götürür, həzmi yaxşılaşdırır. Banan pəhriz qidası kimi ağız boşluğunda selikli qişanın zədələnməsi, mədə və onikibarmaq bağırsaq xəstəliyi, xroniki qastroenterokolit, ishal, bakterial dizenteriya, qaraciyər və öd yolları xəstəliyi, stomatit, böyrək və sidik yollarının xəstəliyi, mərkəzi sinir sisteminin funksional pozulmaları zamanı istifadə edilir. Banan meyvələri ürək-damar çatışmazlığı nəticəsində yaranmış ağır şişmələr, həmçinin hipertoniya xəstəlikləri zamanı faydalıdır. Yetişməmiş banan meyvəsi diabet və piylənmə zamanı faydalı sayılır. Mədəyə və onikibarmaq bağırsağa qanaxma zamanı, dizenteriya və vəba xəstəliklərində banan şirəsi müalicə vasitəsi kimi istifadə olunur. İsterik tutmalar və epilepsiya zamanı banan sakitləşdirici təsir göstərir.
Banan siqaret çəkməyi tərgitmək istəyənlər üçün də qiymətli vasitədir. Meyvələrin tərkibində olan B qrup vitaminlər, həmçinin kalium və maqnezium orqanizmdə nikotinə qarşı dura bilirlər.