Göldən Adolf Hitlerin üzüyü tapılıb!

15 Sentyabr 2018 06:01 (UTC+04:00)

Adolf Hitlerə məxsus gümüş üzük Avstriyadakı Topliz gölündən tapılıb. “İzvestiya” nəşri xəbər verir ki, üzərində A.Hitlerin adı həkk olunmuş üzüyü tapan kolleksiyaçı Gerhard Zauner onu 60 ildən çoxdur axtardığını, hələ 1959-cu ildə elə həmin gölə daldığını söyləyib.

Onun sözlərinə görə, üzük Hitlerin qarət olunmuş və indi Avropanın müxtəlif yerlərinə səpələnmiş şəxsi kolleksiyasındaymış.