Kriştiano Ronaldo Parisdə yeni hotel açacaq

15 Sentyabr 2018 04:20 (UTC+04:00)

Futbol üzrə Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo Parisdə yeni hotel açacaq. Belə ki, lüks hotel 2021-ci ildə Kriştiano Ronaldoya məxsus “Pestana” şirkəti tərəfindən istifadəyə veriləcək. Bu, həmin şəbəkənin (“CR7”) sayca altıncı oteli olacaq. Həmçinin 2020-ci ildə Madriddə, Nyu-Yorkda və Mərakeşdə hotellərin açılması gözlənilir.

Xatırladaq ki, Ronaldo bu yay İspaniyanın “Real Madrid” klubundan 112 milyon avroya “Yuventus” klubuna transfer olunub. Otuz üç yaşlı hücumçunun illik maaşı isə 30 milyon avro təşkil edir. Portuqaliyalı hücumçunun transferindən sonra “Yuventus” klubunun səhmləri 55,15 faiz artıb. Hazırda “Yuventus” klubunun səhmləri 1 milyard avro həcmində dəyərləndirilir. Klubun səhmlərinin birjada bu qədər yüksəlməsinin səbəbi isə futbolçunun “Yuventus” formasının satışı ilə izah edilir.