Voleybol millimiz Rusiya klubunu məğlub edib

15 Sentyabr 2018 00:14 (UTC+04:00)

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib. "Report" xəbər verir ki, dünya çempionatına hazırlıq məqsədilə keçirilən qarşılaşmada Azərbaycan millisi Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə üz-üzə gəlib. Voleybol Mərkəzində baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan - "Dinamo" (Krasnodar) - 3:0 (25:16, 25:21, 25:22)

Qeyd edək ki, yığma digər yoldaşlıq görüşündə isə Rusiyanın "Uraloçka" komandası ilə qarşılaşacaq. Dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək.