Trampın seçki qərargahının keçmiş rəhbəri istintaqla əməkdaşlığa razılıq verib

15 Sentyabr 2018 00:02 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın vaxtilə seçki qərargahının rəhbəri olmuş Pol Manafort istintaqla əməkdaşlığa razılıq verib. “Report” “Reuters”ə istinadən xəbər verir ki, o, ölkəsinə qarşı sui-qəsd və ədalət məhkəməsini əngəlləmək cəhdi ilə bağlı günahını etiraf etməyə hazırdır.

P.Manafort ABŞ-a qarşı sui-qəsddən başqa, 30 milyon dollardan artıq vəsaitin “yuyulması” və yalan ifadə vermək kimi əməllərdə də ittiham olunur.