"Koçaryanın vəkillərinin ən pessimist gözləntiləri baş verdi” ITTIHAM

14 Sentyabr 2018 17:35 (UTC+04:00)

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkilləri ölkənin milli təhlikəsizlik xidməti və xüsusi istintaq idarəsinin rəhbərləri arasındakı telefon danışığının, eləcə də həmin danışığın audioyazı ilə bağlı baş nazir Nikol Paşinyanın bəyanatının ardınca belə qənaətə gəliblər ki, onların müvəkkilinə - Robert Koçaryana qarşı qanunsuzluq və təqiblər həyata keçirilir. SİA xəbər verir ki, bu barədə aysor.am informasiya portalı Koçaryanın vəkili Hayk Alumyana istinadən məlumat yayıb.

Alunyan deyib ki, MTX-nin direktoru və Xİİ-nin rəisi arasındakı danışıqlardan da bəlli olur ki, hakim öz hərəkətlərini MTX direktoru ilə məsləhətləşib, sonuncusu isə hakimə qarşı kifayət qədər həssas yanaşıb.

Vəkillər: “Belə insanların müdafiəsini edənlər təxribatçı adlandırılırlar”.

Koçaryanın vəkilləri bundan əlavə qeyd ediblər ki, müvəkkillərinin həbs prosesi Avropas konvensiyasının insan hüquqlarının azadlığının qorunması konvensiyasına əks olaraq, presedentsiz qanunauyğunsuzluqlarla müşahidə edilib.

“Robert Koçaryanın vəkillərinin ən pessimist gözləntiləri baş verdi”, deyə qeyd edən Alunyana qeyd edib: “Artıq ictimaiyyətdə belə bir fikir formalaşdırılır – elə insanlar var ki, onların hüquqlarını pozmaq mümkündür. Belə insanların müdafiəsini edənlər isə təxribatçı adlandırılırlar”.

Vəkillərin müraciətlərini təqdim edərkən, Alumyan deyib ki, K oçaryanın müdafiəsini üzərlərinə götürən şəxslərə “qara adam” kimi yanaşırlar və onlara münasibətdə dözümsüzlük atmosferi formalaşdırılır.

Vəkillər eyni zamanda deyiblər ki, ali məhkəmə şurası hakimlərin müstəqillikləri apogey həddində pozulmasına baxmayaraq, onların müdafiəsinə qalxmır.

“Eyni zamanda hüquq müdafiə təşkilatlarının ölü sükutları bizi narahat edir. Sanki belə bir təəssürat yaranır ki, insan haqlarının qorunması şəxsi müstəvidədir, ümumi olaraq, ictimai xarakterdə deyil”, Koçaryanın vəkili bildirib. Onlar həmçinin bildiriblər ki, bütün dövlət orqanları baş verənlərə hüquqi qiymət verməlidirlər.

Rövşən RƏSULOV