ABŞ-ın ilk helikopteri Səudiyyə Ərəbistanına verilib

14 Sentyabr 2018 17:11 (UTC+04:00)

Amerika istehsalı olan ilk “MH-60R” çox məqsədli hərbi donanma helikopteri Səudiyyə Ərəbistanı hərbi dəniz qüvvələrinin ixtiyarına verilib. SİA-nın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin rəsmi "Tvitter" səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, Səudiyyə ordusunda yüksək döyüş keyfiyyətlərinə malik bu cür helikopterlərin mövcudluğu Krallığın hərbi dəniz qüvvələrinin regiondakı bütün təhdid və çağırışlara qarşılıq vermək imkanını gücləndirəcək. “MH-60R” helikopterlərinin Səudiyyəyə çatdırılmasının qrafika üzrə davam etdiyi bildirilib.