Nazəninin oğlu üçün iki qat bayram VİDEO+FOTOLAR

14 Sentyabr 2018 15:42 (UTC+04:00)

Müğənni Nazənin oğlu Orxana ad günü edib. SİA-ya açıqlama verən ifaçı bildirib ki, övladının doğum günü Məhərrəmlik ayına təsadüf etdiyi üçün bir neçə gün öncədən qeyd etməli olub: “Bu gün oğlumun ad günüdür. Orxanın özəl günü Məhərrəmlik ayına düşdüyü üçün bu tarixi təmtəraqlı şəkildə qeyd etmədik. Ona görə də əvəzində bir neçə gün bundan əvvəl Gürcüstanda ailə üzvlərim və qohumlarımla bir araya gəldik.

Onu da deyim ki, oğlum bu il orta məktəbə ilk qədəmlərini qoyur. Orxanı bu münasibətlə təbrik edən sənət dostlarıma təşəkkürlərimi bildirirəm".

İfaçı daha sonra bildirib ki, bu günə qədər oğluna ən gözəl hədiyyəni həmkarı və rəfiqəsi Könül Kərimova edib: “Könül xanım oğluma “Orxanım” adlı elə bir mahnı hədiyyə edib ki, onu bir ömür boyu övladımın ad günündə səsləndirəcəyik. Xüsusi ilə qeyd edim ki, K.Kərimova Orxanla eyni gündə dünyaya gəlib. Ötən il oğlumla Könül xanımın ad günlərini birgə qeyd etdik".