İlk dəfə məktəbə gedən uşaqlara çanta hədiyyə edilib

14 Sentyabr 2018 14:51 (UTC+04:00)

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin inzibati binasında Gənclər və İdman Nazirliyinin tapşırığına əsasən Baş İdarə tərəfindən 2018-2019-cu tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib.

Baş İdarədən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilk dəfə məktəbə gedən bütün uşaqları salamlayıb, qarşıdan gələn "Bilik Günü" münasibətilə təbrik edərək, onlara təhsillərində müvəffəqiyyətlər arzulayıb. Çıxışdan sonra paytaxtin 11 inzibati rayonunu təmsil edən ilk dəfə məktəbə gedəcək uşaqlara məktəbli çantası və məktəb ləvazimatları hədiyyə edilib.

Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə ediblər.

Sonda bütün tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilmişdir.