Peruda 5 bal gücündə zəlzələ olub

14 Sentyabr 2018 09:34 (UTC+04:00)

Peruda 5 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geologiya xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ Kontaman şəhərindən 64 kilometr cənub-şərqdə qeydə alınıb. Təbii fəlakətin 150.4 kilometr dərinlikdə baş verdiyi qeydə alınıb.

Dağıntı və həlak olanlar haqqında heç bir məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.