Tovuzda 21 yaşlı oğlanın qulağını kəsiblər

14 Sentyabr 2018 06:01 (UTC+04:00)

Tovuz rayonunda dava olub. Trend-in məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb. Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib. Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.