Nigerdə 55 nəfər vəba epidemiyasından ölüb

14 Sentyabr 2018 04:06 (UTC+04:00)

Niger Respublikasının Mərədi əyalətində baş verən vəba epidemiyası nəticəsində 55 nəfər ölüb. "Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qərbi və Mərkəzi Afrikada Humanitar Məsələləri Əlaqələndirmə İdarəsindən bildiriblər. Qeyd olunub ki, bölgədə vəba xəstəliyi bu il iyulun əvvəlindən tüğyan edir.