Maradonanın həyatı barədə serial çəkilir

12 Sentyabr 2018 21:20 (UTC+04:00)

“Amazon” film şirkəti Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanın həyatından bəhs edən serial çəkir. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Məlumatda deyilir ki, veteran futbolçunun həyatının müxtəlif anlarını 3 aktyor – Nazareno Kasero, Xuan Palomino və Nikolas Qoldşmidt canlandıracaq.
Serialla bağlı yaxın günlərdə şirkətin platformalarından birində məlumat yerləşdiriləcək. Qeyd edək ki, Maradona haqda bundan əvvəl daha 2 film çəkilib.