Buffon PSJ-də ehtiyatda qaldı!

12 Sentyabr 2018 19:44 (UTC+04:00)

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın əsas qapıçısının adını açıqlayıb. Almaniyalı mütəxəss "RMC"yə müsahibəsində qapını Alfons Areolanın qoruyacağını deyib.
Son iki görüşdə Canluicci Buffonu ehtiyatda saxlayan baş məşqçi qərarını belə izah edib: “Bəli, mən əsas qapıçını müəyyənləşdirmişəm. Düzdür, bu, son qərar deyil, Ancaq mən Areolaya bildirmişəm ki, əsas qapıçı olmaq uğrunda yarışın favoriti sənsən. O, klubun akademiyasından yetişib, özünü göstərməyə ehtiyacı var. Buffon ehtiyat qapıçı deyil. Sadəcə, Areolanın özünü sübut etməsi üçün ehtiyatda qalacaq. Əminəm ki, bu seçim Areolanın inkişafına səbəb olacaq".

Qeyd edək ki, yay fasiləsində "Yuventus"dan Paris klubuna keçən 40 yaşlı Buffon bu mövsüm Fransa Liqasının ilk iki oyununda meydanda olub. Son iki görüşdə isə çərçivəni Areola qoruyub. Buffon 2 oyuna qapısından 1, Areola isə 3 top buraxıb.