Azərbaycandan Aİ ölkələrinə bu il 7 milyard dollarlıq məhsul ixrac edilib

12 Sentyabr 2018 19:03 (UTC+04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə 7 milyard 57 milyon 446 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu isə ötən ilin analoji dövrünə nisbətən 3 milyard 876 milyon 738 min dollar çoxdur.

Hesabat dövründə Aİ ölkələrindən Azərbaycana idxal olunan məhsulun dəyəri isə 1 milyard 529 milyon 91 min dollar olub.