“WhatsApp”dan daha bir yenilik

12 Sentyabr 2018 18:16 (UTC+04:00)

“WhatsApp”ın tərtibatçıları eyniadlı messencerin Hindistanda populyar olan “JioPhone” şirkətinin düyməli telefonları üçün versiyasını təqdim edib. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, mobil messencerin qeyri-adi versiyasını “KaiOS” əməliyyat sisteminin onlayn mağazasından yükləmək olar.

Messencerin rəsmi bloqunda dərc edilmiş yazıya görə, düyməli telefonların sahibləri “WhatsApp”ın yeni versiyasının köməyi ilə mesajlaşa, foto və video paylaşa, həmçinin səsli mesaj funksiyasından istifadə edə biləcək.