Milli Paralimpiya Komitəsində Məşqçilər Şurasının iclası keçirilib - FOTOLAR

12 Sentyabr 2018 16:29 (UTC+04:00)

Milli Paralimpiya Komitəsində Məşqçilər Şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, komitənin prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə iclasda 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar hər bir idman növü üzrə baş məşqçilərin hesabatları dinlənilib.

Sonra görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələrin yekunu olaraq müvafiq qərarlar qəbul olunub.