Tramp Kubaya qarşı blokadanı daha bir il uzatdı EMBARQO

12 Sentyabr 2018 16:08 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Kubaya qarşı iqtisadi-ticari blokadanın müddətini daha bir il uzadıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, mövcud administrasiya artıq ikinci dəfə hələ 1917-ci ildə qəbul edilmiş “Vaşinqtonun maraqlarını qorumaq naminə” memorandum çərçivəsində bu qərarı qəbul edib.

Qeyd edək ki, ABŞ prezidentindən fərqli olaraq, ölkə Konqresinin Kuba üzərindən blokadanın qaldırılması barədə qərarı mövcuddur.

Xatırladaq ki, Vaşinqton 1960-cı ildən Kubaya qarşı ticarət embarqosu tətbiq edir.

Rövşən RƏSULOV