Bundestaqda fikir ayrılığı SURİYAYA GÖRƏ

12 Sentyabr 2018 15:56 (UTC+04:00)

Almaniya ordusunun Suriya Ərəb Respublikasına qarşı hərbi əməliyyatlarda iştirakı barədə ölkə parlamentinin verdiyi qərar beynəlxalq hüquqa və dövlət konstitusiyasına ziddir. AFR parlamentinin bu qərarı heç bir qanuni qüvvə daşımayacaq. Belə olan halda, bu məsələ səsverməyə çıxarıla bilməz”. SİA-nın xəbərinə görə, Almaniyanın xarici işlər naziri Hayko Maas qeyd edib ki, Suriyada hərbi əməliyyatlarda iştirak üçün onun ölkəsinə edilən təzyiq yolverilməzdir.

Onun sözlərinə görə, Berlin ölkə konstitusiyası əsasında bütün qərarları müstəqil qəbul edir.

Məlumatda o da bildirilir ki, mövcud ideyanı Almaniyanın Sosial-Demokrat Partiyası da dəstəkləmir. Bu barədə partiyanın sədri Andrea Nales bəyan edib.

Həmçinin qeyd olunur ki, AFR ordusunun Suriyadakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı keçirilən ictimai sorğunun nəticələrinə görə, almanların 75%-i həmin qərarı rədd edir.

Rövşən RƏSULOV