"Yuventus" futbolçusu ilə müqavilə müddətini uzadıb

12 Sentyabr 2018 16:08 (UTC+04:00)

"Yuventus"da yeni müqavilə qeydə alınıb. SİA-nın məlumatına görə, "Qoca sinyora" 31 yaşlı yarımmüdafiəçisi Sami Xedira ilə müqavilə müddətini 2021-ci ilə kimi uzadıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2015-ci ildə "Yuventus"a "Real"dan keçib.