Bu yollarda rənglənmə işləri aparılacaq Sürücülərin nəzərinə!

12 Sentyabr 2018 15:06 (UTC+04:00)

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospektində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

SİA-nın xəbərinə görə, bu barədə AAYDA və BNA-nin birgə məlumatında bildirilib.

Bundan başqa axsam saat 22:00-dan başlayaraq Rexard Zorge,Kövkəb Səfərəliyeva və Puşkin küçələrində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.