Musa Musayev: "Müğənniləri xalq dolandırır" AÇIQLAMA

12 Sentyabr 2018 14:37 (UTC+04:00)

Müğənni Musa Musayev ilginc açıqlama verib. SİA-ya danışan sənətçi toylardan başqa heç yerdən gəlir yerinin olmadığını bildirib: "Hər kəsə bəllidir ki, Azərbaycanda ifaçılar toylardan əldə etdikləri gəlirlə dolanırlar. Bu mənim və bir çox həmkarlarımın yaralı yeridir. Çünki el şənliklərinə getməsək, pul qazana bilmərik. Bir sözlə biz müğənniləri xalqımız dolandırır. Amma bəzi sənətçilər var ki, özlərinə yaxşı şərait yaradıblar. Belə ki, ifaçılıqla yanaşı bizneslə də məşğul olurlar. Amma mən yalnız müğənnilik edib, gəlir əldə edirəm. Şükürlər olsun ki, acından ölmürəm. Getdiyim toylardan kifayət qədər pul qazanıram".