Rusiya Ermənistana yenidən silah satacaq

12 Sentyabr 2018 14:18 (UTC+04:00)

Ermənistan müdafiə naziri David Tonoyan Rusiyadan yeni silahların alınması məqsədilə kredit ayrıldığını elan edib. Ermənistan KİV-nə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran nazir yeni 100 milyonluq kreditin alınacağını etiraf edib: "Hazırda hərbi kreditin alınması prosesi gedir. Bu məbləğə hansı silahların alınacağını hələlik açıqlamayacam”.

Qeyd edək ki. Bundan əvvəl, Moskva Ermənistana güzəştli şərtlərlə 200 və 100 milyonluq hərbi kreditlər ayırmışdı.