Mario Balotellinin artıq çəki problemi var

12 Sentyabr 2018 14:21 (UTC+04:00)

Transfer dönəmində komandasını dəyişməyən və "Nitsa"da qalan Mario Balotelli haqda sürpriz iddia ortaya atılıb. SİA-nın məlumatına görə, İtaliya millisinin baş məşqçisi Roberto Mançini tərəfindən yığmaya dəvət alan, lakin Polşa ilə yoxlama görüşündə bərbad oyun nümayiş etdirən hücumçunun artıq çəkisi olduğu bildirildi. Yayda komanda yoldaşlarından 2 həftə çox istirahət edən hücumçunun çəkisi 100 kq olub. Onun normal çəkisi isə 88 kq olmalıdır.

Qeyd edək ki, 28 yaşlı hücumçunun "Nitsa" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.