Bəxtiyar Musayev “Keşlə”də çalışacaq

12 Sentyabr 2018 14:01 (UTC+04:00)

“Neftçi”nin sabiq məşqçisi Bəxtiyar Musayevin yeni iş yeri müəyyənləşib. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis bundan sonra paytaxt təmsilçisində çalışacaq. O, “Keşlə”də seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, vaxtilə “Xəzər Lənkəran” və “Neftçi”də məşqçi işləmiş millimizin sabiq üzvü son olaraq birinci divizion təmsilçisi “Zaqatala”nın idman direktoru vəzifəsində çalışıb. //Qol.az