Paşinyanın Rusiyaya səfəri Qərbi təəccübləndirdi - Tramp qəzəbləndi

12 Sentyabr 2018 13:53 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri və digər addımları Qərbin təəccübünə səbəb olub. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatlar Ermənistanın Suriyaya “humanitar qoşun” göndərməsinin, onların məlumatlandırılmadığı halda Paşinyanın bu ölkədə Amerikaya məxsus bioloji laboratoriyalarla bağlı qərarının məqsədini anlamırlar.

Qeyd edək ki, Rusiyanın "Kommersant" qəzetinə verdiyi müsahibəsində Paşinyan: “Təxminən 10-15 gün bundan əvvəl mənim şəxsi tapşırığım əsasında rusiyalı ekspertlər Amerikanın bioloji laboratoriyalarına daxil olublar. Onların bu sahədə heç zaman problemləri olmayıb və nə qədər ki, mən baş nazirəm bundan sonra da onları bu sahədə heç bir maneə gözləmir”, deyə açıqlama vermişdi.

Amerika tərəfi bu cür məsələlərdə ən azı bərabərliyi gözləməyi, Rusiyadakı laboratoriyaların da onlar üçün açılmasının lazımlığını bildirib.

Əldə olunan məlumatlara görə, Paşinyanın açıqlamalarından və səfərlərindən sonra Ağ Ev sentyabr ayında Tramp-Paşinyan görüşünün baş tutmayacağı barədə məlumat yayıb.