Yenicə toyu olan Yaşardan xəbər var AÇIQLAMA

12 Sentyabr 2018 15:01 (UTC+04:00)

Müğənni Yaşar Cəlilov yaradıcılığında yenilik edəcək. SİA-ya bu haqda ifaçının prodüseri Vüsalə Kərimova məlumat verib: "Yaşar hazırda yeni mahnı üzərində çalışır. Bəstənin adı hələki "Nə elə, nə belə" adlanır. Mahnını tam hazır olduqdan sonra adı dəyişilə bilər. Bəstənin sözləri və musiqisi Murad Zeynala aiddir. Hazırda mahnı aranjeman olunur. Bəstə ərsəyə gəldikdən sonra tezliklə tamaşaçıların ixtiyarına veriləcək".