Adını Keto bulyon qoyduğu bu yeməyi aktrisa özü hazırlayır. Onun da Xaş kimi hazırlanmasına 1 sutka lazım gəlir. Medicina.az xəbər verir ki, aktrisa İnstagram hesabında dərdlərə dərman möcüzəvi sümük suyunun hazırlanma reseptini paylaşıb:
" Mən organik ət magazasından sümükləri pulsuz alıram. Satıcı mənim üçün ən yaxşılarını, irilərini yığır. Sümükləri gil qabda 24 saat vam odda qaynadıram. Amma 8-10 saat da bəs edər. 24 saat bişirəndə bütün jelatin, kollagen və mikroelementləri tam suya keçir. Bu su immun sistemini, sümükləri gücləndirir, əzələ bağları, fəqərəarası maye, saçlar, dəri, dırnaqlar üçün superdir.