Anxel di Mariya PSJ-də qalacaq

21 Avqust 2018 22:20 (UTC+04:00)

PSJ-nin futbolçusu Anxel di Mariya Paris klubunda qalmağa qərar verib. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı yarımmüdafiəçi yaxın günlərdə klubu ilə yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, di Mariyanın PSJ ilə hazırkı müqaviləsi 2019-cü ilin yayında başa çatır. Onun Paris təmsilçisindən ayrıla biləcəyi iddia olunurdu.