Kənd təsərrüfatı məhsulları ucuzlaşıb

21 Avqust 2018 18:19 (UTC+04:00)

Cari ilin iyul ayında iyun ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 3,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,4 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, ötən ay heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,2 faiz bahalaşıb.

İyulda balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.