"Səbail" Yevgeni Koçukla müqavilə imzalayıb

21 Avqust 2018 13:01 (UTC+04:00)

Ötən mövsümün ikinci yarısını icarə əsasında "Səbail"də keçirmiş Yevgeni Koçuk müqavilə ilə məxsus olduğu “Jilina” klubundan ayrılması barədə məlumat vermişdi. SİA-nın məlumatına görə, 25 yaşlı futbolçu yenidən Azərbaycana qayıdıb. Slovakiya klubu ilə vidalaşan Koçuk "Səbail"lə müqavilə imzalayıb. O, "aslanlar"a azad agent statusu ilə qoşulub.

Qeyd edək ki, Moldova millisinin üzvü ötən mövsüm "Səbail"də ilin ən yaxşı futbolçusu seçilmişdi.