Nəcməddin Sadıkov Belarusa rəsmi səfərə gedib

21 Avqust 2018 12:44 (UTC+04:00)

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov Belarusa rəsmi səfərə gedib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, general-polkovnik N.Sadıkov Belarus müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin dəvəti ilə Minsk şəhərinə rəsmi səfərə yola düşüb.