Hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

21 Avqust 2018 11:59 (UTC+04:00)

"Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır". SİA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir: “Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın".

M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır".