Bakıda 85 yaşlı kişi qətlə yetirilib

21 Avqust 2018 11:37 (UTC+04:00)

Bakıda 85 yaşlı kişi qətlə yetirilib. SİA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Yeni Ramana qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan 1933-cü il təvəllüdlü Əkrəm Tağızadə evində həmyerlisi Sakit Mirzəyev tərəfindən qətlə yetirilib.

Hadisəni törədən S.Mirzəyev saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.