İtaliyada daşqınlarda ölənlərin sayı 11 nəfərə çatıb

21 Avqust 2018 11:32 (UTC+04:00)

İtaliyanın cənubunda yerləşən Kalabriya vilayətində baş verən güclü daşqınlar nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Kalabriya vilayətinin regional Mülki Müdafiə Xidmətinin rəhbəri Karlo Tansi bildirib.

Bir qədər əvvəl verilən məlumata əsasən, hər biri 18 nəfərdən ibarət iki ekskursiya qrupu Pollino milli parkında olan zaman Raqanello dağ çayında suyun səviyyəsi leysan yağışları səbəbindən kəskin artıb. Nəticədə bir neçə turist güclü su axınının təsirinə düşüb.

Təbii fəlakət nəticəsində, həmçinin 11 nəfər yaralanıb, 5 nəfərin taleyindən isə xəbər yoxdur. Hazırda axtarış-xilasetmə işləri davam edir. Ölkənin Baş naziri Cuzeppe Konte Pollino milli parkında yaranmış vəziyyəti nəzarətə götürüb.