"Liverpul" müqaviləni uzatı və yenidən icarəyə verdi

21 Avqust 2018 09:19 (UTC+04:00)

"Liverpul" yarımmüdafiəçisi Marko Qruyiçlə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb və onu yenidən icarəyə verib. SİA-nın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək. Serbiya millisinin üzvü Hertha klubuna icarəyə verilib. Qruyiçin müqaviləsi 1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Qruyiç 2016-cı ildə Serbiyanın Crvena-Zvezda klubundan "Liverpul"a keçib.